Mastantuono DÇ-2026-da oynamaq üçün “Real Madrid”dən gedə bilər

Xəbərlər
19 Dekabr 2025 19:01
33
Mastantuono DÇ-2026-da oynamaq üçün “Real Madrid”dən gedə bilər

“Real Madrid”in yarımmüdafiəçisi Franko Mastantuono 2025/2026 mövsümünün ikinci yarısı üçün altı aylıq icarəyə götürülməyi düşünür.

İdman.Biz-in “El Nacional”-a istinadən məlumatına görə, bu qərar 2026-cı il dünya çempionatında Argentina milli komandasında yer almaq məqsədi daşıyır.

Mastantuono 2025-ci ilin avqust ayından “Real Madrid”də oynayır və İspaniya klubu gənc oyunçu üçün Argentinanın “River Pleyt” klubuna 45 milyon avro ödəyib. O, hazırda Madrid klubunda bütün yarışlarda 14 oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Transfermarkt-ın məlumatına görə, Mastantuononun dəyəri 50 milyon avrodur.

İdman.Biz