“Real”ın 19 yaşlı debütantı kumirlərini açıqladı

Xəbərlər
18 Dekabr 2025 10:24
48
“Real”ın 19 yaşlı debütantı kumirlərini açıqladı

Madridin “Real” klubunun yarımmüdafiəçisi Xorxe Sestero əsas komandanın heyətində ilk oyununu keçirib.

İdman.Biz “Madrid Universal”a xəbər verir ki, 19 yaşlı futbolçu İspaniya Kubokunun 1/16 final mərhələsində “Talavera”ya qarşı keçirilən və 3:2 hesablı qələbə ilə yekunlaşan qarşılaşmanın 86-cı dəqiqəsində meydana çıxıb. Gənc oyunçu debütündən sonra təəssüratlarını bölüşüb:

“Arzum gerçəkləşdi. Meydanda həmişə maksimum səviyyədə oynamağa çalışıram. Dünyanın ən böyük klubunu layiqincə təmsil etmək istəyirəm”, – deyə ispan futbolçu müsahibəsində bildirib.

Sestero həmçinin özünə örnək saydığı futbolçuların adlarını da açıqlayıb:

“Bir çox oyunçuya heyranam, amma xüsusilə Kazemiro və Toni Kroosu bəyənirəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, qarşılaşmada Xabi Alonso rəhbərlik etdiyi kollektivin qələbəsini Kilian Mbappenin dublu təmin edib.

İdman.Biz

Məqalədə: