Novak Cokoviçin fikrincə, DÇ-2026-nı bu komanda qazanacaq

Xəbərlər
9 Dekabr 2025 06:03
48
Novak Cokoviçin fikrincə, DÇ-2026-nı bu komanda qazanacaq

Serbiyalı tennisçi, 24 qat “Böyük Dəbilqə” çempionu Novak Cokoviç DÇ-2026-nın potensial qalibinin adını açıqlayıb.

İdman.Biz-in məlumatına görə, o, Portuqaliya və Meksikanın finala çıxacağına və portuqaliyalıların titulu qazanacaqlarını düşünür.

“İddialı danışacağam: Portuqaliya. Onlar finalda Meksikanı məğlub edəcəklər”, - Cokoviç deyib.

DÇ-2026-nın qrup mərhələsinin püşkatması daha əvvəl keçirilib. Portuqaliya K qrupunda Özbəkistan, Kolumbiya və A yolunda pley-offun qalibi - Yeni Kaledoniya, Yamayka və ya Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Ev sahibi kimi Meksika A qrupunda yer alıb və Cənubi Afrika, Cənubi Koreya və D yolunun qalibi - Çexiya, İrlandiya, Danimarka və ya Şimali Makedoniya ilə qarşılaşacaq.

İdman.Biz