Goal futbol portalı iştirakını təmin etmiş 42 komanda arasında 2026-cı il dünya çempionu adına ən yaxşı namizədlərin reytinqini yeniləyib.
İdman.Biz bildirir ki, yeniləmə 5 dekabr cümə günü keçirilən qrup mərhələsinin püşkatmasından sonra baş tutub.
Daha altı komanda 2026-cı ilin mart ayının sonunda keçiriləcək pley-off oyunları ilə müəyyənləşəcək.
Goal-ın 2026-cı il dünya çempionu adına ən yaxşı 10 namizədi:
İspaniya.
Argentina.
İngiltərə.
Portuqaliya.
Fransa.
Almaniya.
Niderland.
İsveçrə.
Norveç.
Mərakeş.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. İlk dəfə olaraq, çempionatda hər biri dörd komandadan ibarət 12 qrupa bölünmüş 48 komanda iştirak edəcək. Hazırda 42 komanda turnirdə yerini təmin edib.
