“Aston Villa” gərgin keçən oyunda “Arsenal”ı məğlub edib - VİDEO

Xəbərlər
6 Dekabr 2025 18:47
42
“Aston Villa” gərgin keçən oyunda “Arsenal”ı məğlub edib - VİDEO

İngiltərə Premyer Liqasının “Aston Villa” (Birminhem) və “Arsenal” (London) komandaları arasında keçirilən 15-ci turun oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Oyun Birminhemdəki “Villa Park” stadionunda baş tutub.

Metti Keş 36-cı dəqiqədə meydan sahiblərini irəli çıxarıb, Leandro Trossard isə 52-ci dəqiqədə hesabı bərabərləşdirib. Emiliano Buendía 90+5-ci dəqiqədə qələbə qolunu vurub.

Bu oyundan sonra “Aston Villa” 30 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci, “Arsenal” isə 33 xalla birinci yerdədir.

Növbəti matçında “Villa” 14 dekabrda səfərdə “Vest Hem”lə qarşılaşacaq, “topçular” isə 13 dekabrda “Vulverhempton” komandasını qəbul edəcək.

İdman.Biz