“Qarabağ”ın mümkün rəqiblərinin dəyəri: “Milan”la fərq 40-a bərabərdir

Xəbərlər
15 Dekabr 2023 15:47
1 014
“Qarabağ”ın mümkün rəqiblərinin dəyəri: “Milan”la fərq 40-a bərabərdir

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqiblərinin dəyəri açıqlanıb.

İdman.biz “Transfermarkt”a istinadən xəbər verir ki, 8 komandanın hər biri Azərbaycan çempionu ilə müqayisədə bir neçə dəfə bahalıdır.

Saytda “Qarabağ”ın dəyəri 13,70 milyon avro göstərilib. Bu, potensial rəqib İtaliya “Milan”ından təxminən 40 dəfə azdır. Çempionlar Liqasında 3-cü olaraq Avropa Liqasında gələnlər sırasında yalnız "Yanq Boyz"un dəyəri 2 rəqəmlədir.

Mümkün rəqiblərimizin dəyəri
"Milan" (İtaliya) - 543,25 milyon avro
"Benfika" (Portuqaliya) - 360,25 milyon avro
"Feyenoord" (Niderland) - 265,65 milyon avro
"Qalatasaray" (Türkiyə) - 236,58 milyon avro
"Braqa" (Portuqaliya) - 126,20 milyon avro
"Lans" (Fransa) - 212,55 milyon avro
"Şaxtyor" (Ukrayna) - 113,00 milyon avro
"Yanq Boyz" (İsveçrə) - 58,30 milyon avro
"Qarabağ" (Azərbaycan) - 13,70 milyon avro

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

İdman.biz