Meksika və Cənubi Afrika Respublikası DÇ-2026-nın açılış matçında qarşılaşacaqlar.
İdman.Biz bildirir ki, açılış matçı 11 iyunda Mexiko şəhərindəki 83.000-dən çox tamaşaçı tutumuna malik “Estadio Azteque” stadionunda keçiriləcək. Milli komandalar A qrupu çərçivəsində qarşılaşacaqlar.
2026-cı il FİFA dünya çempionatında qırx səkkiz komanda iştirak edəcək. Avropa 16 komanda ilə təmsil olunacaq. Ev sahibləri ABŞ, Kanada və Meksikadır. Yarış 11 iyun - 19 iyul 2026-cı il tarixlərində keçiriləcək.
12 qrupun hər birindən ilk iki yeri tutan komanda, eləcə də üçüncü yeri tutan səkkiz ən yaxşı komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Dünya çempionatının finalı Nyu-York ətrafındakı “MetLife” stadionunda keçiriləcək. Argentina hazırkı dünya çempionudur.
