Liqa 1: “Monako” “Brest”ə məğlub olub

Xəbərlər
6 Dekabr 2025 00:11
36
Liqa 1: “Monako” “Brest”ə məğlub olub

Fransa Liqa 1-in 15-ci turunun “Brest” və “Monako” komandaları arasında oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Fransanın Brest şəhərindəki “Stade Francis-Le Blé” stadionunda keçirilib.

Matç 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 28-ci dəqiqədə “Brest”in yarımmüdafiəçisi Kamori Dumbiya vurub.

Matçın 60-cı dəqiqəsində ev sahibləri azlıqda qalıblar. Lüdovik Ayorke birbaşa qırmızı vərəqə alıb.

Bu oyundan sonra “Monako” Fransa yüksək divizionunda 23 xalla yeddinci, “Brest” isə 19 xalla doqquzuncu yerdədir.

İdman.Biz

Məqalədə: