“Qalatasaray” çətinliklə “Samsunspor”a qalib gələ bilib - VİDEO

Xəbərlər
6 Dekabr 2025 00:23
34
“Qalatasaray” çətinliklə “Samsunspor”a qalib gələ bilib - VİDEO

Türkiyə Superliqasının 15-ci turunda lider “Qalatasaray” “Samsunspor”u qəbul edib.

İdman.Biz bildirir ki, 3:2 hesabı ilə İstanbul klubunun qələbəsi ilə bitib.

Hesabı 8-ci dəqiqədə “Qaltasaray”lı Leroy Sane açıb. 29-cu dəqiqədə Viktor Osimhen fərqi iki topa çatdırıb. 56-cı dəqiqədə Entonui Musaba buraxılan qollardan birinin əvəzini çıxıb. 88-ci dəqiqədə Emre Kılıc hesabı bərabərləşdirib. 90+2-də Osimhen görüşdə ikinci qolunu vuraraq komandasına qələbə qazandırıb – 3:2.

“Qalatasaray” 36 xalla Türkiyə Superliqasında birinci yerdədir. Komanda ikinci və üçüncü yerlərdəki “Fənərbağça” və “Trabzonspor”dan bir oyun çox keçirib. “Samsunspor” 25 xalla beşinci yerdə qərarlaşıb.

İdman.Biz