Laporta: “Real Madrid” gücü, “Barselona” isə azadlığı təmsil edir”

Xəbərlər
5 Dekabr 2025 00:48
17
Laporta: “Real Madrid” gücü, “Barselona” isə azadlığı təmsil edir”

"Barselona"nın prezidenti Joan Laporta Kataloniya klubu ilə "Real Madrid" arasındakı fərqlərdən danışıb.

İdman.Biz bildirir ki, Laporta əvvəllər “Real Madrid”in “Barselona” tarixinin ən yaxşı mərhələsinə qarşı vəsvəsədə olduğunu bildirmişdi.

“Real Madrid” gücü, “Barselona” isə azadlığı təmsil edir. Bilmirəm ki, “Santyaqo Bernabeu”dakı VIP lojada işgüzar sövdələşmələr bağlanır. Amma orada güc var. Burada isə fərqlidir: biz daha çox demokratiya və azadlıq tərəfdarıyıq. Florentino Pereslə (“Real Madrid” prezidenti - red.) yaxşı və isti münasibətlərimiz var", - deyə Sport.es Laportadan sitat gətirib.

“Blauqrana” prezidenti həmçinin “Real”ın La Liqa prezidenti Xavyer Tebası vəzifəsindən uzaqlaşdırmaq istədiyini vurğulayıb.

İdman.Biz