“Arsenal”ın maraq dairəsində olan iki futbolçunun adları açıqlanıb

Xəbərlər
4 Dekabr 2025 22:16
34
“Arsenal”ın maraq dairəsində olan iki futbolçunun adları açıqlanıb

“Arsenal” “Elçe”nin 20 yaşlı yarımmüdafiəçisi Rodriqo Mendoza ilə maraqlanır.

Bu barədə İdman.Biz Sky Sports-a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, London klubu həmçinin sol cinah oyunçusu almaq imkanlarını araşdırır. “Arsenal” həmçinin “Ayntraxt Frankfurt”un 20 yaşlı cinah oyunçusu Jan-Matteo Baoyanı izləyən komandalar arasındadır.

Mendoza bu mövsüm bütün yarışlarda 11 oyunda meydana çıxıb və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 9 milyon avrodur.

Baoya 18 oyunda iştirak edib, üç qol vurub və bir məhsuldar ötürmə edib. Fransız hücumçunun “Ayntraxt”"la müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt-ın məlumatına görə, oyunçunun bazar dəyəri 25 milyon avrodur.

İdman.Biz