15 yaşlı perulu komentator dünyada fenomenə çevrildi - VİDEO

Xəbərlər
4 Dekabr 2025 18:39
31
15 yaşlı perulu komentator dünyada fenomenə çevrildi - VİDEO

Perudan olan 15 yaşlı gənc komentator - Cliver Huaman Sançes qısa müddətdə dünya mediasının diqqətini çəkib.

İdman.Biz xəbər verir ki, yaşı az olduğu üçün stadiona buraxılmayan yeniyetmə Libertadores kubokunun finalını stadionun yaxınlığındakı dağ zirvəsindən şərh edib. O, həmin yerə çatmaq üçün 18 saat yol qət edib və matçı canlı yayımlayıb.

Bir neçə gün ərzində yayım 10 milyon izlənməni keçib, gənc Sançesin izləyici sayı isə 427 dəfə artıb.

Onun ən böyük arzusu da gerçəkləşib. Finalın qalibi “Flamenqo” gənci rəsmi stadion reportajına dəvət edib. Bundan başqa, ona “Real Madrid” - “Mançester Siti” Çempionlar Liqası matçını yerində izləmək üçün xüsusi dəvət göndərilib. İspaniyanın məşhur “Marca” nəşri isə ona redaksiya turu təşkil edəcək.

İdman.Biz

Məqalədə: