“Mançester Yunayted” “Olimpiakos”un yarımmüdafiəçisi üçün 28 milyon avro təklif edib

Xəbərlər
4 Dekabr 2025 21:32
21
“Mançester Yunayted” “Olimpiakos”un yarımmüdafiəçisi üçün 28 milyon avro təklif edib

“Mançester Yunayted” 18 yaşlı yarımmüdafiəçi Xristos Muzakitis üçün "Olimpiakos"a 28 milyon avro təklif edib.

İdman.Biz bu barədə “Goal”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, "Qırmızı şeytanlar" yunan futbolçunu bir ildən çoxdur ki, izləyir.

Mediada daha əvvəl “Real Madrid”in Muzakitis üçün transfer təklifi verməyə hazır olduğunu bildirilmişdi.

Bu mövsüm Muzakitis bütün yarışlarda 16 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.

İdman.Biz