Mbappe DÇ-2026-nın əsas ulduzudur, Ronaldu ilk onluqda yoxdur – The Athletic

Xəbərlər
4 Dekabr 2025 20:50
36
Mbappe DÇ-2026-nın əsas ulduzudur, Ronaldu ilk onluqda yoxdur – The Athletic

“The Athletic” idman nəşri qarşıdan gələn dünya çempionatında iştirak edəcək 100 ən yaxşı futbolçunun siyahısını tərtib edib.

İdman.Biz bildirir ki, siyahıda Fransa millisinin hücumçusu və kapitanı Kilian Mbappe birinci yerdədir. Norveçli hücumçu Erlinq Holand ikinci yerdədir. İspaniyalı Lamin Yamal ilk üçlüyü tamamlayır.

“The Athletic”in DÇ-2026 üçün ən yaxşı 10 oyunçusu:

Kilian Mbappe (Fransa).
Erlinq Holand (Norveç).
Lamin Yamal (İspaniya).
Harri Keyn (İngiltərə).
Pedri (İspaniya).
Cud Bellingem (İngiltərə).
Vinisius Junior (Braziliya).
Lionel Messi (Argentina).
Kevin De Bruyne (Belçika).
Canluici Donnarumma (İtaliya).

Qeyd etmək lazımdır ki, Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştianu Ronaldu reytinqdə 25-ci yeri tutub.

İdman.Biz