İtaliya Kuboku: “Bolonya” 1/8 final matçında “Parma”nı məğlub edib

Xəbərlər
4 Dekabr 2025 23:21
21
İtaliya Kuboku: “Bolonya” 1/8 final matçında “Parma”nı məğlub edib

İtaliya Kubokunda “Bolonya” və “Parma” arasında 1/8 final matçı başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Stadio Renato Dall'Ara” (Bolonya) stadionunda oynayıblar.

“Bolonya” 2:1 hesabı ilə qalib gəlib.

13-cü dəqiqədə polşalı hücumçu Adrian Benediçak “Parma”ya üstünlük qazandırıb. 38-ci dəqiqədə ev sahibi komandanın cinah oyunçusu Conatan Rounun qolu sayəsində hesab bərabərləşib. 90-cı dəqiqədə “Bolonya”nın hücumçusu Santyaqo Kastro komandasının qələbəsini təmin edib.

Beləliklə, “Bolonya” İtaliya Kubokunun dörddəbir finalına yüksəlib, “Parma” isə yarışda mübarizəsini dayandırıb. Daha əvvəl turnirin ən güclü səkkiz komandası sırasına “Yuventus”, “Atalanta”, “Napoli” və “İnter” çıxıblar.

İdman.Biz

Məqalədə: