ABŞ Prezidenti Donald Tramp, Kanada Baş naziri Mark Karni və Meksika Prezidenti Klaudiya Şeynbaumun 5 dekabrda Con Kennedi adına İfa Sənətləri Mərkəzində keçiriləcək 2026-cı il dünya çempionatının püşkatma mərasimində iştirak edəcəklərini təsdiqlədiyiblər.
İdman.Biz bu barədə Beynəlxalq Futbol Assosiasiyasının (FIFA) rəsmi saytına istinadən bildirir.

Püşkatma hər biri dörd komandadan ibarət olan 12 qrupun tərkibini müəyyən edəcək. Mərasim Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
DÇ-2026 48 milli komandanın iştirak edəcəyi ilk turnir olacaq. Turnir 11 iyun - 19 iyul tarixləri arasında davam edəcək.
