La Liqa, “Real”ın oyunçularını təhqir etdikləri üçün “Atletik Bilbao” azarkeşlərindən şikayət edib

Xəbərlər
5 Dekabr 2025 00:10
33
La Liqa, “Real”ın oyunçularını təhqir etdikləri üçün “Atletik Bilbao” azarkeşlərindən şikayət edib

İspaniya La Liqası 19-cu turda “Real Madrid”ə 3:0 hesabı ilə uduzduqları oyunda “Atletik Bilbao” azarkeşlərinin davranışları ilə bağlı şikayət ərizəsi təqdim edib.

İdman.Biz bildirir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Oyunun ilk dəqiqələrində Bask klubunun azarkeşləri “Lənət olsun “Real Madrid”, lənət olsun “Real Madrid!” deyə qışqırmağa başlayıblar. Oyun zamanı azarkeşlər “Kral klubu”nun qanad oyunçusu Vinisius Junioru üç dəfə təhqir edərək onu axmaq adlandırıblar. 55-ci dəqiqədə tamaşaçılar müdafiəçi Raul Asensioya “Asensio, öl! Asensio təcavüzkar” deyə qışqırıblar.

Lakin La Liqanın bəyanatında qeyd olunub ki, azarkeş tribunasında aktiv azarkeşlər qaydaları pozublar, stadionun qalan hissəsi isə heç bir qanun pozuntusu etməyib.

İdman.Biz