İngiltərə Premyer Liqasının 14-cü turunda “Lids Yunayted” və “Çelsi” arasında keçirilən oyun başa çatıb. “Lids" 3:1 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, matç “Elland Road”da (Lids) baş tutub. Oyunun hakimi Darren İnqlənd olub.
Yaka Biyol altıncı dəqiqədə ev sahibi olan komandaya üstünlük qazandırıb, Ao Tanaka isə 43-cü dəqiqədə fərqi ikiqat artırıb. Pedru Netu 50-ci dəqiqədə komandasının yeganə qolunu vurub. Dominik Kalvert-Lyuin isə 72-ci dəqiqədə vurduğu qolla “Lids”in qələbəsini möhkəmləndirib.
Bu oyundan sonra “Lids Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 14 xalla 17-ci, “Çelsi” isə 24 xalla dördüncü yerdədir.
Növbəti turda “Lids” 6 dekabrda “Liverpul”u qəbul edəcək, "Çelsi" isə həmin gün “Bornmut”la oynayacaq.
