İngiltərə Premyer Liqasının 14-cü turunda “Nottingem Forest” “Vulverhempton” ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, “Moline” Stadionunda keçirilən oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İqor Jezus oyunun yeganə qolunu 72-ci dəqiqədə vuraraq “Forest” komandasına vacib üç xalı qazandırıb.
Bu məğlubiyyətdən sonra “Vulverhempton” Premyer Liqada qələbə qazanmayan yeganə komanda olaraq qalır: onların cəmi iki xalı var və 20-ci yerdədirlər. 15 xalla “Nottingem Forest” 16-cı yerə yüksəlib.
Paralel keçən oyunda “Bernli” “Kristal Palas”ı qəbul edib. Qonaqlar Daniel Munyosun 44-cü dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qalib gəliblər.
