“Bavariya” dramatik keçən oyunda “Union”u məğlub edib, “Hamburq” gözlənilmədən uduzub - VİDEO

Xəbərlər
4 Dekabr 2025 02:26
34
“Bavariya” dramatik keçən oyunda “Union”u məğlub edib, “Hamburq” gözlənilmədən uduzub - VİDEO

Almaniya Kubokunun 1/8 finalının ən gərgin oyunlarından biri Berlində başa çatıb: “Bavariya” “An der Alten Försterei” stadionunda “Union”u 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, oyun avtoqol, penalti və dramatik dönüşlərlə zəngin olub.

Hesab 12-ci dəqiqədə ev sahibi olan komandanın hücumçusu İlyas Ansanın avtoqol vurması ilə açılıb. 25-ci dəqiqədə Harri Keyn hesab fərqini ikiqat artırıb. “Union” 40-cı dəqiqədə Leopold Kverfeldin penaltini qola çevirməsindən sonra oyuna qayıdıb. Lakin fasiləyə az qalmış komanda yenidən çətin vəziyyətdə qalıb: Diogu Leyte avtoqol vuraraq hesabı 3:1 edib. İkinci hissədə “Union” fərqi azaltmaq üçün şans qazanıb və Kverfeld 55-ci dəqiqədə penaltidən yenidən qol vurub. Ev sahiblərinin təzyiqinə baxmayaraq, “Bavariya” qələbəni qoruyub və turnirin dörddəbir finalına yüksəlib.

Almaniya Kubokunun 1/8 finalının digər matçında “Hamburq” və “Holştayn” üz-üzə gəliblər. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitib. Penaltilər seriyasında “Holştayn” üstün olub - 4:2.

Almaniya Kubokunun hazırkı sahibi “Ştutqart”dır.

İdman.Biz