İtaliya Kubokunun 1/8 final mərhələsinin “İnter” və “Venesiya” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, Milan klubu 5:1 hesablı qələbə qazanıb.
18-ci dəqiqədə yarımmüdafiəçi Endi Diuf “İnter”i irəli çıxarıb. 20-ci dəqiqədə hücumçu Françesko Espozito fərqi ikiqat artırıb. 34-cü dəqiqədə hücumçu Markus Türam hesabı 3:0 edib. Türam 51-ci dəqiqədə ikinci qolunu vurub. 66-cı dəqiqədə “Venesiya”nın müdafiəçisi Riçi Saqrado hesab arasındakı fərqi azaldıb. 76-cı dəqiqədə Anje-Yoan Bonni “İnter”in beşinci qolunu vurub.
Beləliklə, “İnter” İtaliya Kubokunun dörddəbir finalına vəsiqə qazanıb, “Venesiya”nın turnirdəki çıxışı isə başa çatıb. Daha əvvəl “Yuventus”, “Atalanta” və “Napoli” yarışın ilk səkkiz komandası arasında yer alıblar.
