İngiltərə Premyer Liqasının 14-cü turunun “Brayton” “Aston Villa”nı qəbul edib.
İdman.Biz bildirir ki, oyunda “Aston Villa” 4:3 hesabı ilə qalib gəlib.
Yan Paul van Hekke doqquzuncu dəqiqədə ev sahibi komandaya üstünlük qazandırıb, Pau Torresin 29-cu dəqiqədə vurduğu avtoqol isə fərqi ikiqat artırıb. Olli Uotkins 37-ci dəqiqədə bir qolun əvəzini çıxıb, daha sonra 45+7-ci dəqiqədə ikinci qolunu vurub. Amadu Onana 60-cı dəqiqədə qonaqları irəli çıxarıb, Doniell Malen isə 78-ci dəqiqədə daha bir qol vurub. Van Hekke 83-cü dəqiqədə ikinci qoluna imza atıb – 3:4.
Bu oyundan sonra “Brayton” İngiltərə Premyer Liqasının turnir cədvəlində 22 xalla yeddinci, “Aston Villa” isə 27 xalla üçüncü yerdədir.
