“Arsenal” Premyer Liqanın 14-cü turunda “Brentford”u məğlub edib - VİDEO

Xəbərlər
4 Dekabr 2025 01:52
34
“Arsenal” Premyer Liqanın 14-cü turunda “Brentford”u məğlub edib - VİDEO

İngiltərə Premyer Liqasının 14-cü turunda “Arsenal” və “Brentford” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, “topçular” 2:0 hesabı ilə qalib gəliblər.

Qolları Mikel Merino 11-ci dəqiqədə, Bukayo Saka isə 90+1-ci dəqiqədə vurublar.

Bu oyundan sonra “Arsenal” 33 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir, “Brentford” isə 19 xalla 13-cü yerdədir.

Növbəti turda “topçular” 6 dekabrda “Aston Villa” ilə, “arılar” isə həmin gün “Tottenhem Hotspur”la qarşılaşacaqıar.

İdman.Biz