Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək fəxri qonaqların siyahısını rəsmi olaraq açıqlayıb.
İdman.Biz xəbər verir ki, turnir gələn yay Kanada, ABŞ və Meksikada keçiriləcək.
FIFA-nın məlumatına görə, mərasimə futbol dünyasından kənar məşhurlar dəvət olunacaq. İştirakçılar arasında
“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş müdafiəçisi Rio Ferdinand, Amerikanın futbol əfsanələri İlay Menninq və Tom Bredi, Kanadanın əfsanəvi hokkeyçisi Ueyn Qretski, MLB superulduzu və “Nyu-York Yankis”in oyunçusu Aaron Cac və NBA əfsanəsi Şakil O'Nil var.
Mərasimin aparıcısı Samanta Conson təyin edilib.
Püşkatma tarixdə ilk dəfə üç ölkədə keçiriləcək. Bu, 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində əsas tədbir olacaq.
