FIFA və LEGO DÇ-2026-nın şərəfinə xüsusi konstruktor dəstini təqdim edəcək

Xəbərlər
4 Dekabr 2025 08:11
18
FIFA və LEGO DÇ-2026-nın şərəfinə xüsusi konstruktor dəstini təqdim edəcək

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) LEGO ilə birgə layihə elan edib.

İdman.Biz-in təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdan gələn 2026-cı il dünya çempionatı şərəfinə, futbolun ən böyük mükafatı olan dünya kubokunuı əks etdirən unikal konstruktor dəsti satışa çıxarılacaq.

Konstruktor dəsti 1:1 miqyasında hazırlanıb.

Dəst 2842 detaldan ibarət olacaq və 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin başlamasından əvvəl satışa çıxarılacaq.

Dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyun 2026-cı ildə açılacaq, final matçı isə 19 iyulda keçiriləcək.

İdman.Biz