"Monako"nun yarımmüdafiəçisi Lamin Kamara karyerasını “Nyukasl Yunayted”də davam etdirə bilər.
İdman.Biz "The Athletic"ə istinadən xəbər verir ki, ingilis klubu seneqallı oyunçunun yanvar ayında mümkün transferini ciddi şəkildə nəzərdən keçirir.
“Sağsağanlar” hələlik bu məsələ ilə bağlı “Monako” ilə əlaqə saxlamayıblar. Məlumata görə, yarımmüdafiə xəttini gücləndirmək Premyer Liqa komandasının bu qış transfer prioritetlərindən biridir.
“Nyukasl Yunayted” Laminə alternativ olaraq Kes Smit (“AZ Alkmar”), Xavi Gerra (“Valensiya”) və Bilal Əl Hannusu (“Lester Siti”) nəzərdən keçirir.
“Nyukasl” hazırda Premyer Liqanın turnir cədvəlində 18 xalla 13-cü yerdədir.
