“Mançester Yunayted” “Real Madrid”in cinah oyunçusu Vinisius Juniorun nümayəndələri ilə əlaqə saxlayıb.
İdman.Biz "Caught Offside" saytına istinadla xəbər verir ki, braziliyalı oyunçu “Real”dan ayrılmaq qərarına gələrsə, “Qırmızı şeytanlar” onun üçün “Mançester Siti” ilə rəqabət apara bilər.
Mənbənin məlumatına görə, Vinisius hazırda “Real Madrid”lə 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması barədə razılığa gələ bilmir. Oyunçunun “Kral klubu”nun prezidenti ilə yaxşı münasibətləri var, lakin baş məşqçi Xabi Alonso ilə vəziyyət gərgindir.
Bu mövsüm Vinisius bütün yarışlarda 18 oyunda meydana çıxıb, beş qol vurub və altı məhsuldar ötürmə edib. "Transfermarkt"a görə, onun bazar dəyəri 150 milyon avrodur.
