FIFA 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində İrlandiyaya qarşı oyunda (2-0) meydandan qovulmasından sonra Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun cəzasını azaltmaqla bağlı "mübahisəli" qərarına görə İdman Arbitraj Məhkəməsinə (CAS) verilə bilər.
İdman.Biz bu barədə “Daily Mail” qəzetinə istinadla xəbər verir.
Daha əvvəl portuqaliyalı oyunçunun bir oyunluq diskvalifikasiya və iki oyunluq şərti cəza aldığı bildirilirdi.
Mənbənin məlumatına görə, Dünya Çempionatının qrup mərhələsinin ilk iki oyununda Portuqaliya ilə qarşılaşacaq komandalar CAS-a müraciət edə bilərlər. Onlar Ronaldunun yalnız bir oyunluq cəzalandırılması qərarının onların maraqlarına birbaşa təsir etdiyini və qrupdan çıxmaq şanslarını azaltdığını sübut etməlidirlər.
Komandalar həmçinin FIFA-nın Ronaldunun cəzasını azaltmaq qərarının səhv olduğunu sübut etməlidirlər.
FIFA İntizam Komitəsi Kriştianu Ronaldunu İrlandiya ilə oyunda qırmızı vərəqə aldığı üçün Portuqaliya yığmasının bir oyunundan kənarlaşdırıb. Futbolçu bu cəzanı artıq Ermənistanla keçirilən matçı buraxmaqla çəkib.
Qeyd edək ki, Kriştianu İrlandiya ilə oyunda rəqib futbolçuya dirsəklə zərbə endirmişdi. İntizam qaydalarında zorakı davranışa görə minimum iki və ya üç oyunluq cəza nəzərdə tutulur.
