Kriştianu Ronaldu “WOWfc Fighting Promotion” şirkətinin ortaq sahibi oldu - FOTO

Xəbərlər
27 Noyabr 2025 20:38
28
Kriştianu Ronaldu “WOWfc Fighting Promotion” şirkətinin ortaq sahibi oldu - FOTO

Portuqaliya yığmasının və “Əl-Nəsr” klubinun 40 yaşlı hücumçusu Kriştianu Ronaldu “WOWfc fighting promotion” şirkətinin ortaq sahibi olub.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı Liqanın mətbuat xidməti yayıb.

Həmçinin qeyd etmək lazımdır ki, 28 yaşlı məğlubedilməz ispan-gürcü UFC yüngül çəki çempionu İliya Topuriya da eyni təşkilatın ortaq sahibidir.

Bu mövsüm Kriştianu Ronaldu bütün yarışlarda klub və milli üçün 17 oyun keçirib, 16 qol vurub və iki məhsuldar ötürmə edib.

Portuqaliyalı hücumçu 2023-cü ildən “Əl-Nəsr” komandasında oynayır. O, daha çox “Mançester Yunayted” və “Real Madrid” klublarında oynadığı vaxtlarda məşhurlaşıb. Ronaldu beşqat “Qızıl top” mükafatının sahibidir.

İdman.Biz