İspaniyanın “Barselona” klubunun sağ cinah hücumçusu 18 yaşlı Lamin Yamalın hər səfər oyununda rəqib azarkeşlərin əsas hədəfinə çevrilməsi katalon klubunu narahat edir.
İdman.Biz xəbər verir ki, “Diario Sport”un məlumatına görə, “Barselona” rəhbərliyi gənc hücumçunun davamlı şəkildə təhqiramiz şüarlarla üzləşməsindən narazıdır.
Son olaraq “Çelsi” ilə matçda London azarkeşləri təhqiramiz ifadələri olan mahnı oxuyublar. Oxşar təhqiramiz çağırışlar daha əvvəl Brügge və Madrid stadionlarında da müşahidə olunub.
Katalon klubunun daxilində hesab edilir ki, bu cür aqressiya 18 yaşlı futbolçu üçün psixoloji yük yaradır və klub onun müdafiəsi üçün əlavə addımlar atmağı planlaşdırır.
Yamal isə bütün çətinliklərə baxmayaraq, öz oyununu inkişaf etdirməkdə qərarlıdır.
