Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu hücumçusu Kərim Benzemaya yeni müqavilə təklif edib.
İdman.Biz xəbər verir ki, jurnalist və insayder Nikolo Skiranın məlumatına görə, klub 38 yaşlı futbolçuya 2028-ci ilin yayına qədər qüvvədə olacaq sözləşmə təqdim edib.
Hazırkı müqaviləsi 30 iyun tarixində başa çatacaq Benzema ilə danışıqlar davam edir və tərəflər yekun razılaşmaya gəlməyə çalışırlar.
Qeyd edək ki, Kərim Benzema bu mövsüm Səudiyyə liqasında 10 oyunda meydana çıxıb və yeddi qol vurub.
Xatırladaq ki, fransalı forvard 2023-cü ilin iyulundan “Əl-İttihad”da çıxış edir. O, 2009-2023-cü illərdə “Real Madrid”in formasını geyinib və müqaviləsi bitdikdən sonra azad agent statusunda Səudiyyə klubuna keçib.
