Fermin Lopez iki həftəlik sıradan çıxdı

Xəbərlər
27 Noyabr 2025 18:55
28
Fermin Lopez iki həftəlik sıradan çıxdı

“Barselona” futbol klubunın 21 yaşlı yarımmüdafiəçisi Fermin Lopezin sağ ayağının soleus əzələsində zədə aşkarlanıb və bu səbəbdən futbolçu ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

İdman.Biz xəbər verir ki, “Barselona”nın tibbi heyəti Lopezin bərpa prosesinin fərdi proqram əsasında aparılacağını təsdiqləyib.

Zədənin növü ağır olmasa da, futbolçunun dekabrın əvvəlindəki – “Alaves”, “Atletiko” və “Betis”lə olan qarşılaşmalarda komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.

Gənc yarımmüdafiəçi bu mövsüm “Barselona” üçün önəmli fiqurlardan biri olub. Onun yoxluğu baş məşqçi üçün orta xəttdə alternativ seçimləri daraldacaq və rotasiya imkanlarını məhdudlaşdıracaq.

İdman.Biz

Məqalədə: