“Karvan-Yevlax” yeni transferini rəsmiləşdirib

Xəbərlər
12 Yanvar 2026 13:27
51
“Karvan-Yevlax” yeni transferini rəsmiləşdirib

“Karvan-Yevlax” qış transfer dönəmində Samir Abdullayevin keçidini rəsmiləşdirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi bölgə təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Samir Abdullayev mövsümün ilk yarısını “Mingəçevir” klubunda keçirib. Bu müddət ərzində 12 oyunda 4 qolla yadda qalıb.

İdman.Biz