İspaniyanın “Real” (Madrid) klubunun hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin futbolçusu seçilib.
İdman.Biz UEFA-ya istinadən xəbər verir ki, fransalı futbolçu əsas mərhələnin V turunda “Olimpiakos” (Yunanıstan) ilə oyunda 4 qol vurmaqla komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, mükafata həmçinin Seru Girassi (“Borussiya Dortmund”), Pyer-Emerik Obameyanq (“Marsel”) və Vitinya (PSJ) namizəd idilər.
