“Tottenhem”in baş məşqçisi Tomas Frank PSJ-nin yarımmüdafiəçisi Vitinyanın növbəti "Qızıl top"u qazanacağına əminliyini bildirib.
İdman.Biz xəbər verir ki, Frankın bu barədə dediklərini jurnalist Fabritsio Romano sitat gətirib.
“Növbəti “Qızıl top”un sahibi yenə də PSJ oyunçusu olacaq. Bu, Vitinya olacaq. Dünyanın ən yaxşı yarımmüdafiəçisi və o, növbəti “Qızıl top”un sahibi olacaq. Vau, gör o necə oyunçudur”, – Frank deyib.
Çərşənbə günü, 26 noyabrda Vitinya Çempionlar Liqasının 5-ci turunda “Tottenhem”ə qarşı üç qol vurub. Nəticədə onun təmsil olunduğu komanda 5-3 hesablı qələbə qazanıb.
Portuqaliyalı yarımmüdafiəçi bu yaxınlarda keçirilən “Qızıl top” mərasimində üçüncü yerə layiq görülüb.
