“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz komandanın hazırkı nəticələrinə görə “Liverpul”un baş məşqçisi Arne Slotu tənqid edib.
İdman.Biz-in “Tribal Football”a istinadən verdiyi məlumata görə, ötən mövsüm “qırmızılar” İngiltərə Premyer Liqasının titulunu erkən qazanmışdı və menecer və bir neçə oyunçu mövsümün sonunu gözləmədən bu məsələni qeyd etmişdilər.
“Düşünürəm ki, hər şey ötən mövsümün sonunda başladı. Çempionluğu qazandıqda, məğlubiyyət seriyaları başladı. Hətta İbizaya da uçdular. Arne Slot DJ köşkünün arxasında idi İbizada! Düşünürəm ki, mövsümün sonu çatmamşış belə qeyd etmək hörmətsizlik və çox pisdir”, - Skoulz deyib.
