22-qat “Böyük Dəbilqə” çempionu və keçmiş dünyanın birinci raketkası, ispan tennisçi Rafael Nadal, “Real Madrid” futbol klubunun prezidenti olmaq üçün hipotetik təklifə cavab verib.
İdman.Biz-in “Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, Nadal “Real Madrid”in böyük azarkeşidir.
“Real Madrid”in yaxşı prezidenti var və onların yenisinə ehtiyacı yoxdur. Gələcəyin nə olacağını heç kim bilmir. Prinsipcə, bəli, mən bunu istərdim - niyə də yox? Bu, gözəl, həyəcanverici və motivasiyaedici bir çağırışdır. Əvvəla, hazır olduğumdan əmin olmalıyam. Bunu istəyərdimmi? Bəlkə də. Bu o deməkdirmi ki, nə vaxtsa prezident olmağı düşünə bilərəm? Bilmirəm - mən bunu uzaq və çətin bir şey kimi görürəm, amma heç vaxt bilmirsən”, - Nadal deyib.
