Mbappe “Elçe” ilə oyundan sonra hakimi təhqir edib

Xəbərlər
26 Noyabr 2025 00:30
26
Mbappe “Elçe” ilə oyundan sonra hakimi təhqir edib

“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya liqasının 13-cü turunda “Elçe” ilə 2:2 bitən oyunda final fitindən sonra hakim Fransisko Maesonu təhqir edib.

Bu barədə İdman.Biz DAZN-ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hakim oyunçuya mübahisə etdiyinə görə sarı vərəqə göstərdikdən sonra Mbappe dönüb iki dəfə fransızca “iyrənc alçaq” sözlərini işlədib.

“Real Madrid”in hücumçusu soyunma otağına qayıdarkən rəqib oyunçu ona yaxınlaşıb, lakin Mbappe əlini yelləyərək “dayan” deyib. Daha sonra o, yenidən ucadan “iyrənc alçaq” deyib.

Vurğulanıb ki, fransız futbolçu “Elçe”nin qapıçısı İnyaki Penyaya ikinci qoldan sonra edilən uzunmüddətli yardıma baxmayaraq, hakimin oyunun əlavə vaxtdan dərhal sonra başa çatması qərarından narazı qalıb. Daha sonra Mbappe Maesoya deyib: “Əgər davam edə bilmirsə, qoy rədd olsun! Xahiş edirəm, qoy oynayaq!”

İdman.Biz