FIFA Ronaldunu bir oyunluq diskvalifikasiya edib, sınaq müddəti bir ildir

Xəbərlər
25 Noyabr 2025 22:06
24
FIFA Ronaldunu bir oyunluq diskvalifikasiya edib, sınaq müddəti bir ildir

Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştianu Ronaldunun 2026-cı il dünya çempionatının seçmə mərhələsində İrlandiya Respublikasına qarşı (2:0) oyunda meydandan qovulmasından sonra FIFA tərəfindən tətbiq edilən cəzası bir oyundur.

Bu barədə İdman.Biz Sky Sports-a istinadən məlumat verir.

Lakin 40 yaşlı oyunçu həmçinin iki oyunluq diskvalifikasiya olunub və sınaq müddəti bir ildir.

Bu, Ronalduya gələn yay keçiriləcək dünya çempionatının ilk oyununda oynamağa imkan verəcək. Portuqaliyalı oyunçu iki və ya üç oyunluq cəza ilə üzləşə bilərdi.

Hücumçu İrlandiya millisinin müdafiəçisi Dara O'Şiyə dirsəklə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alıb.

İdman.Biz