İngiltərə Premyer Liqasının 12-ci turunda “Mançester Yunayted” və “Everton” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, oyun “Old Trafford”da (“Mançester”) baş tutub.
13-cü dəqiqədə qonaqlar on nəfərlə qalıblar: müdafiəçi İdrissa Qeye komanda yoldaşı Maykl Kinlə toqquşmaya görə qırmızı vərəqə alıb.
29-cu dəqiqədə “Everton”un oyunçusu Kirnan Dyusberi-Holl oyunda yeganə qolu vurub – 0:1.
Bu oyundan sonra “Mançester Yunayted” 18 xalla İngiltərənin yüksək liqasının turnir cədvəlində 10-cu, “Everton” isə 18 xalla 11-ci yerdədir.
Növbəti turda “qırmızı şeytanlar” 30 noyabrda səfərdə “Kristal Palas”la, “Everton” isə 29 noyabrda “Nyukasl Yunayted”lə qarşılaşacaq.
