Rafinya: “Çempionlar Liqasını qazanmaq “Barselona”nın əsas məqsədi olmalıdır”

Xəbərlər
25 Noyabr 2025 01:28
37
Rafinya: “Çempionlar Liqasını qazanmaq “Barselona”nın əsas məqsədi olmalıdır”

Rafinya “Barselona” ilə Çempionlar Liqasını qazanmaq istədiyini bildirib.

İdman.Biz bildirir ki, “blauqrana” dörd oyundan sonra yeddi xalla turnir cədvəlində 11-ci yerdədir.

“Mən həmişə demişəm ki, əsas məqsəd Çempionlar Liqasını qazanmaq olmalıdır; mən bunu buraya gəldiyimdən bəri deyirəm.

Görürəm ki, komanda ötən mövsümlə müqayisədə yetkinləşib; müəyyən vəziyyətlərə fərqli yanaşırıq.

Bu, çətin bir yarışdır, amma qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Çempionlar Liqasını ilk səkkizliyə düşmədən qazanmaq mümkündür; PSJ bunu bacardı”, - deyə cinah oyunçusu “Çelsi” ilə oyundan əvvəl bildirib.

İdman.Biz