“Everton”un oyunçusu komanda yoldaşına qarşı kobudluğa görə qırmızı vərəqə alıb - FOTO/VİDEO

Xəbərlər
25 Noyabr 2025 00:33
41
“Everton”un oyunçusu komanda yoldaşına qarşı kobudluğa görə qırmızı vərəqə alıb - FOTO/VİDEO

İngiltərə Premyer Liqasının 12-ci turunda “Mançester Yunayted” və “Everton” komandaları arasında oyun keçirilir.

İdman.Biz bildirir ki, 13-cü dəqiqədə “Mançester Yunayted”in hücumu başa çatdıqdan sonra qonaqların müdafiəçisi İdrissa Qeye ilə komanda yoldaşı Maykl Kin arasında toqquşma baş verib.

Hakim Toni Harrinqton Qeyeyə qırmızı vərəqə göstərib.

İdman.Biz