Çempionlar Liqasında bütün 1/8 finalçılar müəyyənləşib

Xəbərlər
14 Dekabr 2023 02:16
528
Çempionlar Liqasında bütün 1/8 finalçılar müəyyənləşib

Çempionlar Liqasının 2023/2024 mövsümündə qrup mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, 1/8 finala yüksələn 16 komandanın adına aydınlıq gəlib.

Turnirdə İspaniyanın 4 klubu mübarizəni davam etdirəcək. İtaiya 3, İngiltərə və Almaniya isə növbəti mərhələdə hərəyə 2 komanda ilə təmsil olunacaq. “Bavariya”, “Arsenal”, “Real”, “İnter”, “Mançester Siti”, “Real Sosyedad”, “Latsio”, “Atletiko”, “Borussiya D”, “Leypsiq”, “Barselona”, “Portu”, “Kopenhagen”, “Napoli”, PSJ və PSV turnirin növbəti mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, 1/8 finalın püşkatması dekabrın 18-də Nyon şəhərində keçiriləcək.

İdman.biz