“Bolonya” səfərdə “Udineze”yə üç cavabsız top vurub

Xəbərlər
22 Noyabr 2025 21:38
17
“Bolonya” səfərdə “Udineze”yə üç cavabsız top vurub

“Bolonya” A Seriyasının 12-ci turunda səfərdə “Udineze”ni 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, qollardan ikisini Tommaso Pobeqa vurub, üçüncü qola Federiko Bernardeski imza atıb.

“Bolonya”nın 24 xalı var və İtaliya liqasının turnir cədvəlində üçüncü yerdədir. Onlardan yuxarıda hər birinin 24 xalla “Roma” və “İnter” yer alır.

“Udineze” 15 xalla 10-cu yerdədir.

Turun digər matçında “Kalyari” və “Cenoa” 3:3 hesablı heç-heçə ediblər.

İdman.Biz

Məqalədə: