“Çelsi” qələbə qazanaraq ikinci yerə yüksəlib - VİDEO

Xəbərlər
22 Noyabr 2025 18:51
18
“Çelsi” qələbə qazanaraq ikinci yerə yüksəlib - VİDEO

İngiltərə Premyer Liqasının 12-ci turunda “Bernli" və “Çelsi” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyunda “göylər” 2:0 hesabı ilə qalib gəlib. Qarşılaşma Bernlidə baş tutub.

“Çelsi”dən Pedro Neto 37-ci dəqiqədə, Entso Fernandes isə 88-ci dəqiqədə qol vurub.

Bu oyundan sonra “Bernli” 10 xalla İngiltərənin yüksək liqasının turnir cədvəlində 17-ci, “Çelsi” isə 23 xalla ikinci yerdədir.

Növbəti turda “Bernli” 29 noyabrda səfərdə "Brentford"la, “göylər” isə 30 noyabrda “Arsenal”la qarşılaşacaq.

İdman.Biz