“Arsenal” “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi maraqlanır

Xəbərlər
20 Noyabr 2025 23:40
25
“Arsenal” “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi maraqlanır

“Arsenal” “Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineylə maraqlanır.

İdman.Biz bu barədə TEAMtalk-a istinadən məlumat verir.

Məlumata görə, “Tottenhem”, “Everton” və 28 yaşlı futbolçunun keçmiş klubu “Mançester Yunayted” də onu izləyir.

Mənbənin məlumatına əsasən, “Napoli”nin baş məşqçisi Antonio Konte Maktomineyi əsas oyunçu hesab edir və buna görə də klub onu 80 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. Yarımmüdafiəçinin özü də İtaliya klubunda xoşbəxtdir və yalnız təklif ən uyğun olarsa, İngiltərə Premyer Liqasına qayıtmağa hazırdır.

Bu mövsüm Maktominey bütün yarışlarda 14 oyunda meydana çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

“Napoli” Çempionlar Liqasının ümumi turunda “Qarabağ”ın rəqibidir. Komandalar noyabrın 26-da Neapolda qarşılaşacaqlar.

İdman.Biz