“Barselona” prezidentliyinə namizəd: “Qalib gəldikdən sonra ilk işim Messiyə zəng etmək olacaq” - VİDEO

Xəbərlər
20 Noyabr 2025 06:08
111
“Barselona” prezidentliyinə namizəd: “Qalib gəldikdən sonra ilk işim Messiyə zəng etmək olacaq” - VİDEO

“Barselona”nın prezidentliyə namizədi Viktor Font qalib gələcəyi təqdirdə kluba ilk müraciətini "İnter Mayami"nin hücumçusu Lionel Messi edəcəyini bildirib.

İdman.Biz bildirir ki, argentinalı futbolçu 2003-cü ildən 2021-ci ilə qədər “blauqrana”da oynayıb.

“Messiyə abidə ucaltmaq belə azdır. Amma düşünürəm ki, Messidən istifadə etmək lazım deyil, amma o bilməlidir: qələbədən sonra edəcəyim ilk şey telefonu götürüb ona zəng etmək olacaq. Bu, etdiyim ilk zəng olacaq. İndiyə qədər onunla və ya ətrafındakı heç kimlə əlaqə saxlanılmayıb”, - Font deyib.

@idman.biz “Barselona”nın prezidentliyə namizədi Viktor Font qalib gələcəyi təqdirdə kluba ilk müraciətini "İnter Mayami"nin hücumçusu Lionel Messi edəcəyini bildirib. #lionelmessi #barselona #futbol #intermayami #idman ♬ Idman və Biz - orijinal ses - Idman və Biz
İdman.Biz