DÇ-2026-nın 48 iştirakçısından 39-u məlumdur

Xəbərlər
19 Noyabr 2025 02:43
21
DÇ-2026-nın 48 iştirakçısından 39-u məlumdur

Şimali Amerikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirak edəcək daha beş komanda müəyyənləşib.

İdman.Biz bildirir ki, bunlar İsveçrə, İspaniya, Şotlandiya, Avstriya və Belçikadır.

DÇ-2026 üçün məlum iştirakçıların tam siyahısı artıq belədir:

ABŞ, Kanada, Meksika, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Kot-d'İvuar, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya, Niderland, İsveçrə, İspaniya, Şotlandiya, Avstriya və Belçika.

Dünya çempionatında daha doqquz yer qalıb.

İdman.Biz