"Vilyarreal" və "Barselona" futbol klebları La Liqada möhtəşəm görüş keçirib. Komandaların müdafiəni düşünmədiyi əyləncəli oyunda 7 qol vurulub və nəticədə 4:3 hesabı ilə "Barselona" qalib gəlib.
"Barselona"nın vingeri Lamin Yamal unikal nailiyyətə imza atıb. Qaviyə 12 dəqiqəldə məhsuldar ötürmə verən 16 yaşlı futbolçu La Liqada 21-ci əsrin ən gənc assistenti olub. O, 16 yaş 45 günlüyündə rekorda imza atıb.
Buna qədər həmin rekordun müəllifi də "Barselona"nın futbolçusu olub. Ansu Fati 16 yaş 318 günlüyündə asistə imza arıb.
İdman.biz