“Barselona” prezidenti “Kamp Nou”da Messiyə heykəl ucaltmaq istəyir - FOTO

Xəbərlər
14 Noyabr 2025 07:07
45
“Barselona” prezidenti “Kamp Nou”da Messiyə heykəl ucaltmaq istəyir - FOTO

“Barselona”nın prezidenti Joan Laporta hesab edir ki, Kataloniya klubunun keçmiş hücumçusu Lionel Messinin təmir olunmuş “Kamp Nou” stadionunda heykəli olmalıdır.

İdman.Biz bildirir ki, bu barədə Laporta sosial mediada bildirib.

Messi 2000-ci ildən 2021-ci ilə qədər Kataloniya klubunda oynayıb. Argentinalı futbolçu 778 matçda 672 qol vuraraq “Barselona”nın bütün zamanların ən çox qol vuran oyunçusudur. “Blauqrana”da oynayarkən Messi yeddi dəfə “Qızıl top”u qazanıb.

İdman.Biz